image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir

image-legitimaz-810x90

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır

2026- cı ilin Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən Cənab Prezident bu reallığı da xüsusi qeyd etdi ki, əfsuslar olsun  heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Reallıq budur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərindən, birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyini tam bərpa etdikdən sonra  ayrı-ayrı dövlətlər,  bəzi qurumlar tərəfindən tənqid və təzyiqlərə məruz qaldı. Ölkəmizin şanlı  Qələbəsini həzm edə bilməyənlər Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı təzyiqlərə başladı. Bəzi siyasi dairələr bu yolla ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Amma rəsmi Bakı ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti ilə bunun mümkünsüzlüyünü bir daha göstərdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında  Azərbaycanın  2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olduğunu önə çəkərək bildirdi ki, nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Avropa Parlamentinə gəldikdə isə bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. “Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi” söyləyən Cənab Prezident bildirdi ki, Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə Azərbaycanın  öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident cənab İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib  ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.

 

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki