image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-news_20251223122905

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

image-legitimaz-810x90

Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

 

İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı ölkədə aqrar sahənin inkişafına dövlət tərəfindən verilən önəmi əks etdirir. Prezident vurğulayır ki, kənd təsərrüfatı daim diqqət mərkəzində olub və bu sahənin inkişafı regionların sosial-iqtisadi tərəqqəsinin əsas istiqamətlərindən biri hesab edilir. O qeyd edir ki, 2004-cü ildə prezident seçildikdən sonra ilk təşəbbüslərindən biri regional inkişaf proqramının qəbul edilməsi olmuşdur. Həmin proqramın əsas tərkib hissələrindən biri də kənd təsərrüfatının inkişafı idi.

Prezidentin fikrincə, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik regional inkişaf proqramı ölkədə bir çox problemlərin həllinə ciddi təkan verdi. Bu proqram nəticəsində kənd təsərrüfatında istehsal artdı, regionlarda infrastruktur layihələri həyata keçirildi, yeni iş yerləri yaradıldı və kənd əhalisinin rifahı yaxşılaşdı. Əldə olunan uğurlar göstərdi ki, bu siyasət davamlı olmalıdır. Buna görə də sonrakı illərdə bir neçə yeni beşillik regional inkişaf proqramı qəbul edildi və aqrar sektorun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi saxlanıldı.

Çıxışın əsas ideyası ondan ibarətdir ki, kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələ deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və əhalinin sosial rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident dövlət dəstəyi, subsidiyalar, texnika təminatı və infrastruktur layihələrinin kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını xüsusi vurğulayır.

 

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki