image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-meloni121

Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir

image-legitimaz-810x90

Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlətimizin başçısının fəaliyyətində milli maraqların qorunması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli strateji hədəflərin müəyyən edilməsi əsas prioritetlərdəndir. Bu siyasət nəticəsində Azərbaycan və İtaliya arasında münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.

Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir”. Bu səfər həm də gələcəkdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı inkişafına güclü təkan verəcək və münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.

Zərdab .əhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki