image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır

image-legitimaz-810x90

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.

 Azərbaycan son illərdə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlarla regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, müasir infrastruktur layihələri, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin inkişafı dövlətin dayanıqlı tərəqqisini təmin edib. Paytaxt Bakı ilə yanaşı regionların da inkişafı istiqamətində mühüm addımlar atılıb, yeni yollar, sosial obyektlər, sənaye və kənd təsərrüfatı kompleksləri istifadəyə verilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Bu siyasət ölkənin hərtərəfli inkişaf modelinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Cənab Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesindən geniş bəhs edib. Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası hazırda hökumətin qarşısında duran əsas prioritetlərdəndir. Prezident çıxışı zamanı Ermənistanın işğal dövründə Azərbaycan şəhərlərinə vurduğu dağıntıları xüsusi vurğulayaraq deyib: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Cənab Prezidentin səsləndirdiyi bu fikirlər işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş dağıntıların miqyasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Xüsusilə Ağdam şəhərinin tamamilə dağıdılması işğal siyasətinin acı nəticələrinin simvoluna çevrilib. Hazırda həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, yollar, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunur. Bütün bunlar Azərbaycanın postmünaqişə dövründə regionda sülh, inkişaf və bərpa siyasətini uğurla həyata keçirdiyini göstərir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız dağıdılmış ərazilərin bərpası deyil, həm də həmin torpaqlarda yeni həyatın qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi yenidənqurma prosesi beynəlxalq səviyyədə də maraqla izlənilir və müasir şəhərsalma nümunəsi kimi qiymətləndirilir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki