Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xeberaz.info sərəncamın mətnini təqdim edir:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
“Vətən uğrunda” medalı ilə
Abbasov Abbas Tofiq oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Məmmədov Anar Əliağa oğlu – polkovnik-leytenant
Əliyev Fariz Atabəy oğlu – mayor
Hüseynov Musa Mirzağa oğlu – mayor
Quliyev Vahid Vaqif oğlu – mayor
Şirinov Seymur Kamran oğlu – mayor.

























