İkitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə daha da inkişaf edib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanat da iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu yaxınlıq dövlətlərarası münasibətlərin möhkəmlənməsi üçün əsas amillərdən biridir. İki ölkənin rəhbərləri arasında qarşılıqlı hörmət və etimad əlaqələrin inkişafına mühüm töhfə verir.
Bu gün Azərbaycan–Özbəkistan əməkdaşlığı geniş sahələri əhatə edir. Enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sənaye, turizm və digər istiqamətlərdə birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıq münasibətlərin yalnız mənəvi deyil, həm də real iqtisadi əsaslara söykəndiyini göstərir. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi iki ölkə arasındakı qardaşlığın gözəl nümunələrindən biridir. Bu cür layihələr xalqlarımız arasında dostluq bağlarını daha da gücləndirir.İki ölkə arasında humanitar əlaqələr də uğurla inkişaf edir. Təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişlənməsi Azərbaycan və Özbəkistan xalqlarının bir-birini daha yaxından tanımasına imkan yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub. Mənəvi yaxınlıq, qarşılıqlı etimad və konkret iqtisadi layihələr bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə böyük inam yaradır. Azərbaycan və Özbəkistanın qardaşlığı həm iki ölkə, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov





















