image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-forum

Hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir

image-legitimaz-810x90

Hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir

Uzun illər işğalın ağrı-acısını yaşayan Şuşa azadlığına qovuşduqdan sonra öz tarixi əzəmətini yenidən bərpa etdi. Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyan bu nadir qala şəhərimiz artıq beynəlxalq dialoq, qlobal çağırışların müzakirəsi və mühüm qərarların qəbul edildiyi nüfuzlu mərkəzə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunduqdan sonra Şuşa qısa müddətdə beynəlxalq əhəmiyyətli təşəbbüslərin və qlobal dialoqun nüfuzlu məkanı kimi öz mövqeyini möhkəmləndirib. Məhz buna görə də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Qlobal Media Forumunun burada keçirilməsi heç də təsadüfi deyil. Artıq Şuşa sülhün, etimadın, beynəlxalq əməkdaşlığın və həqiqətə söykənən dialoqun rəmzi kimi qəbul olunur. Buradan səslənən mesajlar qlobal informasiya gündəliyinə birbaşa təsir göstərir. Qısa müddətdə böyük nüfuz qazanan Şuşa Qlobal Media Forumu artıq dünyanın aparıcı media platformalarından biri kimi yer tutaraq beynəlxalq aləmin diqqət mərkəzində qərarlaşıb.

Forumda çıxış edən Prezident İlham Əliyev verilən suallara əhatəli cavabları ilə mühüm mesajlar verdi. Ölkə başçısı qeyd etdi ki, Şuşada belə mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun əsas məqsədi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı media nümayəndələrini Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış etməkdir. Prezident İlham Əliyev bildirdi ki, Şuşaya hər il gələn qonaqlar dağıntılar yerində sürətlə yüksələn şəhərləri, doğma yurdlarına qayıdan insanları görərək Qarabağın dirçəlişinə canlı şahidlik edirlər. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri üzərində dayanaraq Avropa təsisatları və ABŞ ilə münasibətlərə xüsusi diqqət ayırdı. Dövlət başçısı bildirdi ki, Avropa Komissiyası ilə münasibətlər yeni rəhbərlik dövründə normallaşma mərhələsinə qədəm qoyub və qarşılıqlı maraq əsasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini sərt tənqid edən Prezident bildirdi ki, ölkəmizin nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi suverenliyimizin bərpasına görə verilən siyasi cəza idi. Münasibətlərin normallaşması üçün ilk addımı məhz AŞPA atmalıdır. Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin isə tarixinin ən yüksək səviyyəsinə yüksəldiyini bildirərək, münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ticarət, enerji təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya və müdafiə sahələrində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı Azərbaycan–Fransa münasibətləri barədə də mühüm fikirlər səsləndirdi. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcud olsa da əsas məsələ beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edilməsidir. Azərbaycan müstəmləkəçiliyin bütün formalarının əleyhinədir və xalqların azadlıq, eləcə də öz müqəddəratını müəyyən etmək hüququnu dəstəkləyir. Prezident qeyd etdi ki, Azərbaycanın bu mövqeyi ölkəmizin tarixi təcrübəsinə əsaslanır. Dövlət başçısı həmçinin Fransa ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və konstruktiv dialoq əsasında inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki