image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17917902124125926137_1200x630

Hər iki ölkə üçün ümumi problem olan mina məsələsini müzakirə etdik

image-legitimaz-810x90

Hər iki ölkə üçün ümumi problem olan mina məsələsini müzakirə etdik

 

XX əsrin sonlarında qurulan Azərbaycan-Kamboca diplomatik münasibətləri ötən illər ərzində kifayət qədər inkişaf etsə də, iki ölkə arasında mövcud əlaqələr  aşağıdır. Kamboca ilə Azərbaycan arasında münasibətlərdə daha çox siyasi əlaqələr və beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üstünlük təşkil edir. Cənub-Şərqi Asiyanın bu ölkəsi ilə BMT, Qoşulmama Hərəkatı və AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində yüksək səviyyəli siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız mövcuddur. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin mövqeyinə hörmətlə yanaşır və onu dəstəkləyir.

Bundan başqa, hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir ki, bu da Azərbaycan və Kamboca arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da öz növbəsində Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritet istiqamətlərindən biri olduğunu göstərir.

Azərbaycan ilə Kamboca arasında müzakirə olunan mühüm məsələlərdən biri də hər iki ölkənin üzləşdiyi mina təhlükəsi və onun ağır humanitar nəticələridir. Mina problemi yalnız insanların həyat və sağlamlığı üçün ciddi təhdid yaratmır, eyni zamanda azad edilmiş ərazilərin təhlükəsiz şəkildə bərpasına, əhalinin doğma yurdlarına qayıdışına və sosial-iqtisadi inkişaf prosesinə də mane olur. Bu baxımdan, mina təhlükəsinin aradan qaldırılması hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan ortaq məsələlərdən biridir.

Azərbaycan uzun illər davam edən işğalın nəticələrini aradan qaldırmaq və azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışı təmin etmək istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Lakin işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyatı üçün ciddi təhlükə olaraq qalır. Torpaqlarımız işğaldan azad edildikdən sonra ötən illər ərzində mina partlayışları nəticəsində çox sayda insanın həlak olması və ya xəsarət alması problemin miqyasını və ağırlığını aydın şəkildə nümayiş etdirir. Bu fakt mina təhlükəsinin münaqişə başa çatdıqdan sonra da uzun müddət davam edən ağır nəticələr yaratdığını göstərir.

Belə şəraitdə Azərbaycan və Kamboca arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi mühüm praktiki əhəmiyyətə malikdir. Hər iki ölkənin bu sahədə topladığı təcrübənin öyrənilməsi, müvafiq qurumlar arasında bilik və bacarıq mübadiləsinin aparılması, mütəxəssislər üçün birgə təlimlərin təşkili qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər. Xüsusilə, humanitar minatəmizləmə əməliyyatlarının təşkili, müasir texnologiyaların tətbiqi, mina qurbanlarına dəstək və əhalinin mina təhlükəsi barədə maarifləndirilməsi sahələrində təcrübə mübadiləsi əhəmiyyətli nəticələr verə bilər. Mina təhlükəsi ilə mübarizə yalnız texniki və əməliyyat məsələsi deyil, həm də insan həyatının qorunması, fundamental təhlükəsizlik ehtiyaclarının təmin edilməsi və davamlı inkişafın dəstəklənməsi ilə birbaşa bağlı olan humanitar vəzifədir. Buna görə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müvafiq qurumların imkanlarının artırılması və qabaqcıl təcrübələrin bölüşdürülməsi xüsusi əhəmiyyət daşıyır.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki