image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777537795_64-2

Güləşçilərimizin uğuru ölkə idmanının gücünü göstərir

image-legitimaz-810x90

Azərbaycan idmanının son illərdə qazandığı nailiyyətlər ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Xüsusilə güləş sahəsində əldə olunan uğurlar həm idman ictimaiyyəti, həm də geniş cəmiyyət tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti c’nab İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa Güləş Çempionatı yarışında komanda hesabında Avropa çempionu olan, eləcə də yunan-Roma, sərbəst və qadın güləşi üzrə medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.

Görüş zamanı dövlət başçısı idmançıların yüksək nəticələrini xüsusi qeyd edərək onların bu uğurlarının böyük zəhmət və əzmkarlığın nəticəsi olduğunu bildirib. O vurğulayıb ki, belə qələbələr Azərbaycanın idman ənənələrinin davam etdiyini göstərir və ölkədə idmana göstərilən diqqətin bəhrəsidir. İdmançılar da öz növbəsində göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, gələcək yarışlarda daha böyük uğurlar qazanmaq üçün səylərini davam etdirəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, beynəlxalq arenada əldə edilən hər bir nailiyyət Azərbaycan bayrağının daha yüksəklərdə dalğalanmasına xidmət edir.

Nəticə etibarilə, Azərbaycan idmanı öz inkişaf yolunu inamla davam etdirir və gələcəkdə də yeni qələbələrə imza atacağına ümid verir.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal Ziya Tağızadə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki