image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787304508411110888_1200x630

Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir

image-legitimaz-810x90

Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətində humanitar və mədəni diplomatiyaya da xüsusi önəm verilir. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, müxtəlif ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi və xalqlar arasında humanitar körpülərin yaradılması ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsinə xidmət edir. Azərbaycan və Özbəksitan dövlət başçılarının qarşılıqlı səfərlər çərçivəsində mədəniyyət və humanitar əməkdaşlıq məsələlərinin gündəmə gətirilməsi dövlətlərarası münasibətlərin daha geniş və hərtərəfli xarakter almasına imkan verir. Təhsil və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi də dövlətlər arasında gələcək əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif layihələrin və proqramların həyata keçirilməsi, tələbə və mütəxəssis mübadiləsi xalqlar arasında əlaqələrin davamlılığını təmin edən mühüm vasitələrdəndir. Bu istiqamətdə yaradılan imkanlar gələcək nəsillərin bir-birini daha yaxından tanımasına və dövlətlər arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsinə şərait yaradır. Dövlət başçılarının şəxsi münasibətləri və siyasi iradəsi də müttəfiqlik əlaqələrinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin müxtəlif dövlətlərin rəhbərləri ilə qarşılıqlı etimada əsaslanan münasibətləri Azərbaycanın xarici siyasətinin nəticəyönümlü xarakterini nümayiş etdirir. Dövlət başçısının hər bir görüşdə Azərbaycan Respublikasının milli maraqlarını qətiyyətlə müdafiə etməsi və ölkəmizin mövqeyini aydın şəkildə ortaya qoyması Azərbaycanın beynəlxalq aləmdə etibarlı və prinsipial tərəfdaş kimi qəbul edilməsini daha da gücləndirir. Müttəfiqlik münasibətlərinin inkişafı regional təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır. Dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin güclənməsi regionda sabitliyin möhkəmlənməsinə, qarşılıqlı maraqların qorunmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən təşəbbüslər regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsinə yönəlmişdir. Bu siyasət Azərbaycanın regional proseslərdə fəal və konstruktiv rolunu daha da artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Qarşılıqlı dəstək və koordinasiya dövlətlərin beynəlxalq platformalarda öz mövqelərini daha effektiv şəkildə ifadə etməsinə imkan verir.

Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarda artan nüfuzu və Prezident İlham Əliyevin qlobal və regional məsələlərlə bağlı prinsipial mövqeyi ölkəmizin beynəlxalq siyasətdə fəal iştirakının göstəricisidir. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün bu əlaqələrin daha da sistemli və davamlı xarakter almasına xidmət edir. Belə səfərlər zamanı əldə olunan razılaşmalar yalnız həmin görüşün nəticəsi olaraq qalmır, sonrakı dövrdə müxtəlif sahələr üzrə konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsinə zəmin yaradır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərin siyasi iradə səviyyəsində təsdiqlənməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində ölkəmizin dost və tərəfdaş dövlətlərlə münasibətləri strateji məzmun kəsb edir. Qarşılıqlı səfərlər iki müstəqil, güclü və suveren dövlət arasında təbii müttəfiqliyin möhkəmlənməsinə, siyasi dialoqun davamlılığına, qarşılıqlı etimadın artmasına və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki