image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Genişmiqyaslı quruculuq işləri

image-legitimaz-810x90

Genişmiqyaslı quruculuq işləri

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev : “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” ifadələri ilə bütün Azərbaycan xalqını sevindirdi. 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanat  əsasən 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana geri qaytarıldı. İkinci Qarabağ müharibəsi dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsilə başa çatdı. Lakin müharibənin bitməsinə baxmayaraq, keçmiş Laçın dəhlizinə görə Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Azərbaycan tərəfinin qısa müddətdə çəkdiyi yeni yol 31 illik həsrətdən sonra sakinlərin həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı sübut etdi ki, bizim heç kimin torpağında gözümüz yoxdur, öz torpağımızı da biz heç kimə verən deyilik. Azad olunmuş ərazilərdə aparılan sürətli quruculuq işləri Azərbaycan xalqının qurub-yaradan olmasının göstəricisidir. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər başqa bölgələrimiz kimi, Laçında da vandalizm törədərək rayonu, sözün həqiqi mənasında, xarabazarlığa çevirmişdilər. İşğalçılar Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv etmişdilər. Qəsbkarlar rayonda ekoloji terror da törətmişdilər. Çayların qarşısını kəsmiş, bulaqları qurutmuş, meşələri vəhşicəsinə qırmış və yandırmışdılar. Düşmən Laçında da həyat nişanələrini məhv etməyə çalışmışdı. 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan dərhal sonra Azərbaycan dövləti tərəfindən erməni qəsbkarlarının vəhşicəsinə dağıtdıqları bölgələrimiz sürətlə dirçəldilir. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Görülən işlərə əsaslanıb deyə bilərik ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Ən əsası, bu gün aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq və bütün keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki