image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17145460144259254881_1200x630

Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik

image-legitimaz-810x90

Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik.

 

Azərbaycan bu gün sürətli inkişafı, möhkəm dövlətçilik ənənələri, müstəqil xarici siyasəti və artan beynəlxalq nüfuzu ilə dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə, milli maraqlarının qorunmasına, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və qlobal miqyasda mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycan yalnız regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan dövlət deyil, həm də müxtəlif sivilizasiyalar, mədəniyyətlər və xalqlar arasında dialoqun təşviqinə mühüm töhfələr verən etibarlı tərəfdaş kimi tanınır.

Ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi təsadüfi deyil. Bu, milli maraqlara əsaslanan müstəqil siyasətin, siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığa açıq yanaşmanın məntiqi nəticəsidir. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu əlverişli coğrafi mövqeyindən səmərəli istifadə edərək nəqliyyat, enerji, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarda fəal iştirakı və yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi ilə qlobal problemlərin həllinə töhfə vermək əzmini nümayiş etdirir.

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qarşıya qoyduğu hədəflərin və İslam dünyası ilə münasibətlərə verdiyi əhəmiyyətin növbəti ifadəsi oldu. “Ortaq gələcək naminə dialoq” mövzusunda təşkil edilən forum ölkəmizin mədəniyyətlərarası anlaşmanın möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini bir daha ön plana çıxardı. Dövlət başçısının İslam Əməkdaşlıq Təşkilatının gələcək Zirvə Görüşü ilə bağlı açıqlaması isə Azərbaycanın İslam dünyasında artan nüfuzunun və üzərinə götürdüyü beynəlxalq məsuliyyətin əhəmiyyətini göstərir.

Prezident İlham Əliyevin “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik” fikri qarşıdakı dövrdə ölkəmizin beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindən birini müəyyənləşdirir. Bu mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın təşkilata üzv dövlətlərlə münasibətlərinin inkişafı, ortaq maraqların uzlaşdırılması və İslam dünyasını narahat edən məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin inkişafı və ümumi problemlərin həlli istiqamətində fəaliyyət göstərən mühüm beynəlxalq platformadır. Belə bir təşkilata sədrlik etmək yalnız diplomatik nüfuzun göstəricisi deyil, həm də böyük məsuliyyət deməkdir. Bu məsuliyyət üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini, birgə təşəbbüslərin dəstəklənməsini və İslam dünyasının beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsini tələb edir.

Azərbaycanın İslam dünyası ilə münasibətləri tarixi, dini və mənəvi bağlarla yanaşı, qarşılıqlı hörmətə, əməkdaşlığa və ortaq maraqlara əsaslanır. Ölkəmiz müsəlman dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir, beynəlxalq platformalarda həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsini vacib hesab edir. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində qazandığı təcrübə də bu əməkdaşlıq üçün mühüm mənəvi zəmin yaradır. Müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı Azərbaycan öz nümunəsi ilə dialoqun, qarşılıqlı anlaşmanın və sülhün mümkünlüyünü nümayiş etdirir.

Müasir dünyada geosiyasi gərginliklərin, münaqişələrin və qarşılıqlı etimad problemlərinin artdığı bir şəraitdə İslam ölkələri arasında birliyin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu dövlətlərin ortaq maraqlar ətrafında birləşməsi, iqtisadi və humanitar əlaqələri genişləndirməsi, sülh və təhlükəsizlik naminə birgə fəaliyyət göstərməsi həm regionların inkişafı, həm də beynəlxalq sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu prosesdə fəal iştirak etməsi ölkəmizin yalnız milli maraqlarını deyil, daha geniş əməkdaşlıq və həmrəylik məqsədlərini də rəhbər tutduğunu göstərir.

Azərbaycanın məqsədi aydındır: milli maraqları qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığa, qarşılıqlı hörmətə və birgə inkişafa töhfə vermək. Bu yol ölkəmizin etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir və Azərbaycanın gələcək beynəlxalq təşəbbüsləri üçün yeni üfüqlər açır.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki