image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1784029090_whatsapp-image-2026-07-14-at-15-34-22

Forumun ən diqqətçəkən cəhətlərindən biri onun iştirakçılarına Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yerində görmək imkanı yaratmasıdır

image-legitimaz-810x90

Forumun ən diqqətçəkən cəhətlərindən biri onun iştirakçılarına Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yerində görmək imkanı yaratmasıdır.

Müasir dövrdə informasiya qlobal siyasətin və beynəlxalq münasibətlərin ən mühüm amillərindən biridir. Media nümayəndələrinin hadisələri yerində izləməsi, faktlarla tanış olması və əldə etdikləri məlumatları beynəlxalq auditoriyaya çatdırması obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir. Bu baxımdan Şuşa Qlobal Media Forumu dünya mediası ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Forumun ən diqqətçəkən cəhətlərindən biri onun iştirakçılarına Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yerində görmək imkanı yaratmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər.” Bu fikir Forumun davamlı xarakter daşıdığını və iştirakçıların Qarabağdakı dəyişiklikləri hər il müqayisə etmək imkanı əldə etdiklərini göstərir.

İlk dəfə Qarabağa səfər edən xarici jurnalistlər əsasən işğal dövrünün dağıntılarının şahidi olmuşdular. Dağıdılmış yaşayış məntəqələri, viran qoyulmuş tarixi abidələr və məhv edilmiş infrastruktur Ermənistanın işğal siyasətinin nəticələrini əyani şəkildə nümayiş etdirirdi. Lakin sonrakı illərdə həmin media nümayəndələri artıq tamamilə fərqli mənzərənin şahidi olurlar. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər.”

Bu dəyişikliklər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı dövlət proqramlarının real nəticələrini əks etdirir. Müasir yaşayış komplekslərinin tikilməsi, yolların, tunellərin, hava limanlarının, məktəblərin, xəstəxanaların və digər sosial infrastrukturun yaradılması Qarabağın qısa müddət ərzində inkişaf edən regiona çevrildiyini nümayiş etdirir. Ən mühüm nailiyyətlərdən biri isə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mərhələli şəkildə qayıtmasıdır. İnsanların yeni evlərdə məskunlaşması və normal həyat şəraitinin bərpa olunması Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini göstərir.

Bu gün Şuşa Qlobal Media Forumu Azərbaycanın açıq informasiya siyasətinin, beynəlxalq əməkdaşlığa verdiyi önəmin və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin mühüm tərkib hissəsidir. Forum çərçivəsində aparılan müzakirələr, təqdim olunan faktlar və yerində müşahidələr beynəlxalq ictimaiyyətin Qarabağ haqqında daha obyektiv təsəvvür formalaşdırmasına xidmət edir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki