image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846403014736848632_1200x630

Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur

image-legitimaz-810x90

Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələ qarşılıqlı etimada, siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya və regional təhlükəsizlik kimi strateji istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə əsaslanır. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi qəbul edilir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış, milli maraqlara söykənən və praqmatik xarici siyasət nəticəsində ölkəmiz həm Şərq, həm Qərb, həm də qlobal Cənub dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Almaniya kimi Avropa İttifaqının siyasi və iqtisadi baxımdan aparıcı dövləti ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair imzalanmış Birgə Bəyannamə münasibətlərin gələcək inkişafının siyasi yol xəritəsini müəyyən edən fundamental sənəd kimi böyük əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında siyasi məsləhətləşmələrin daha intensiv aparılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yüksək texnologiyalar, sənaye, elm, təhsil və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır. Azərbaycan və Almaniya arasında formalaşan strateji dialoq yalnız ikitərəfli münasibətlər baxımından deyil, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik olmaqla yanaşı, qitənin siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir. Son illərdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq davamlı inkişaf edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcək.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki