“Əminəm ki, bugün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq” fikri Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi bəyanat olmaqla yanaşı, iki dövlət arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Rəsmi səfər zamanı imzalanan sənədlər siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, elm, təhsil, innovasiya və yüksək texnologiyalar sahələrində əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər yalnız mövcud əməkdaşlıq mexanizmlərini möhkəmləndirmir, eyni zamanda gələcək illərdə həyata keçiriləcək yeni layihələr üçün də möhkəm hüquqi və siyasi baza formalaşdırır. Almaniya Avropanın ən güclü iqtisadiyyatına malik dövlətlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktoru kimi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini uğurla inkişaf etdirir. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artması, Almaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi, enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığın genişlənməsi və yaşıl enerji layihələrinə marağın yüksəlməsi münasibətlərin yeni keyfiyyət mərhələsinə keçdiyini təsdiqləyir. Xüsusilə Azərbaycanın bərpa olunan enerji potensialı, Xəzər dənizində həyata keçirilən külək enerjisi layihələri və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyanın diqqət mərkəzində olan istiqamətlərdəndir. İmzalanmış sənədlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsinə, Almaniyanın ölkəmizə investisiya marağının artmasına, sənaye və texnologiya sahələrində yeni tərəfdaşlıqların formalaşmasına, kiçik və orta sahibkarlığın inkişafına, eləcə də innovativ iqtisadiyyatın qurulmasına əlavə stimul verəcək. Bununla yanaşı, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında əlaqələrin gücləndirilməsi, peşə təhsili və kadr hazırlığı istiqamətində təcrübə mübadiləsinin artırılması da imzalanmış razılaşmaların mühüm nəticələrindən biri olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənədlər sadəcə diplomatik protokol xarakteri daşımır. Onlar uzunmüddətli strateji məqsədlərə xidmət edən, konkret layihələrin icrasını nəzərdə tutan, qarşılıqlı etimadı və tərəfdaşlığı daha da möhkəmləndirən mühüm hüquqi mexanizmlərdir. Bu razılaşmaların həyata keçirilməsi nəticəsində Azərbaycan və Almaniya arasında siyasi dialoq daha intensiv xarakter alacaq, iqtisadi münasibətlər yeni investisiya layihələri ilə zənginləşəcək, enerji və nəqliyyat sahələrində əməkdaşlıq daha geniş miqyas alacaq, regionda sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə veriləcək. Bütün bunlar bir daha təsdiqləyir ki, imzalanmış sənədlər iki ölkə arasında münasibətləri həqiqətən də yeni səviyyəyə yüksəldən tarixi əhəmiyyətli razılaşmalardır.
Əvəz Soltanov-Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri






















