image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1784640301347681311_1200x630

Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmişdir. Səfərin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin Almaniya Federal Kansleri ilə birgə mətbuata bəyanatı olmuşdur. Bu çıxışda ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika layihələri, regional sülh prosesi və beynəlxalq əməkdaşlıq məsələləri geniş şəkildə əks olunmuşdur. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər uzun illərdir qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Son illərdə enerji, ticarət, sənaye, yaşıl enerji və logistika sahələrində əməkdaşlıq daha da genişlənmişdir.Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, iki ölkə arasında münasibətlər artıq yeni strateji mərhələyə qədəm qoyur. Berlin səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” məhz bu münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi və siyasi baza yaratmışdır. Prezident İlham Əliyevin çıxışında əsas mövzulardan biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir və təbii qaz ixracının coğrafiyası genişlənməkdə davam edir.Hazırda Azərbaycan Avropanın bir sıra ölkələrini təbii qazla təmin edir və Almaniya da bu əməkdaşlıqda maraqlı tərəflərdən biridir. Prezident vurğulamışdır ki, enerji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, yaşıl enerji layihələri, bərpa olunan enerji mənbələrinin inkişafı və hidrogen istehsalı istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunmuşdur. Bu məsələlər gələcəkdə Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın daha da genişlənəcəyini göstərir.

Əvəz Soltanov- Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki