image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777113320_b8f61ddff0f9abaac15234bdbdd8209c

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır

image-legitimaz-810x90

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır.

Cənubi Qafqaz və Şərqi Avropa arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi fonunda aprelin 25-də Bakıda cənab Prezident İlham Əliyev ilə Prezident Volodimir Zelenski arasında keçirilən görüş xüsusi siyasi əhəmiyyət daşıyıb. Səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

Azərbaycan və Ukrayna arasında münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Xüsusilə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstək ikitərəfli münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir. Bu baxımdan, liderlərin görüşü təkcə cari əməkdaşlıq məsələlərinin müzakirəsi ilə məhdudlaşmayıb, həm də gələcək üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. Diplomatik münasibətlərin inkişafında institusional mexanizmlər də mühüm rol oynayır. Xarici İşlər nazirlikləri arasında keçirilən məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclasları əlaqələrin sistemli şəkildə inkişafına töhfə verir. Bu platformalar vasitəsilə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur və konkret addımlar planlaşdırılır. Görüş zamanı bu mexanizmlərin davamlılığı və gələcəkdə Ukraynada keçirilməsi məsələsi də gündəmdə olub.

Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı bildirdi ki;
“2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”.

Bu fikirlər Azərbaycan–Ukrayna əlaqələrinin siyasi əsaslarının nə qədər möhkəm olduğunu və tərəflərin bu istiqamətdə prinsipial mövqe sərgilədiyini bir daha nümayiş etdirir, mövcud əməkdaşlıq mexanizmlərinin davam etdirilməsi və daha da genişləndirilməsi üçün qarşılıqlı iradənin olduğu aydın görünür. Görüş iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi. Müxtəlif sahələrdə əldə olunan nəticələr və gələcək planlar göstərir ki, Azərbaycan və Ukrayna strateji tərəfdaş kimi əməkdaşlıqlarını daha da dərinləşdirmək niyyətindədirlər.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki