image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17821253365030148474_1200x630

Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq

image-legitimaz-810x90

Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrdən daha çox, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur. Prezident cənab İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir. Səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin bir daha yüksək qiymətləndirilməsi oldu. Prezident cənab İlham Əliyev xüsusi vurğuladı ki, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.

Azərbaycan və Türkmənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də bu gün baş verdi. Azərbaycan Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının inkişafına töhfə olaraq Türkmənistan tərəfinə müasir tanker hədiyyə etdi. Bu addım sadəcə iqtisadi jest deyil, həm də Xəzərin iki sahilində yerləşən dövlətlərin qarşılıqlı etimadının və uzunmüddətli tərəfdaşlığının praktik ifadəsidir. Enerji və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda belə bir hədiyyə iki ölkənin gələcək planlarının miqyasını nümayiş etdirir. Bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Prezident cənab İlham Əliyevin dediyi kimi, “öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”. Məhz buna görə də Bakı və Aşqabad Orta Dəhlizin inkişafında əsas tərəfdaşlara çevriliblər. Xəzər üzərindən daşınan yüklərin həcminin artması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının genişlənməsi regionun geoiqtisadi əhəmiyyətini artırır. Son dövrlərdə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu üzrə yeni yük axınlarının formalaşması da bu əməkdaşlığın perspektivlərini daha da gücləndirir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki