image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17829248474510814478_1200x630

Əməkdaşlığımız yüksək  mənada sürətlə inkişaf edir

image-legitimaz-810x90

Əməkdaşlığımız yüksək  mənada sürətlə inkişaf edir.

 

Avropa Komissiyasının Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir sıra görüşlər keçirib. Səfər proqramına uyğun olaraq əvvəlcə dövlət başçısı ilə təkbətək görüş baş tutub. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-kommunikasiya layihələri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bəyanatlarda Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın inkişafı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, regional sabitlik və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub. Rəsmi səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafı baxımından əhəmiyyətli hesab olunur. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri tərəflər arasında siyasi dialoqun, enerji təhlükəsizliyinin və regional əlaqələrin dərinləşdirilməsinə xidmət etmişdir. Səfər çərçivəsində Cənubi Qafqazda sülh və dayanıqlı inkişafı dəstəkləyən 200 milyon avroluq “Sülh və bağlantı”  proqramı elan olunmuşdur. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri ölkəmiz və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın yeni və daha möhkəm mərhələsini simvolizə edir. Enerji təhlükəsizliyi, iqtisadiyyat və nəqliyyat dəhlizlərinin inkişafı istiqamətindəki uzunmüddətli əməkdaşlığımız regionda davamlı sülhə və firavanlığa böyük töhfə verir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri tərəfdaşlığımızın uzunmüddətli və etibarlı xarakterini bir daha təsdiqlədi. İqtisadiyyat, nəqliyyat və enerji sahələrində dərinləşən əməkdaşlığımız regionda sülh və firavanlığın təməlidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri Aİ-Azərbaycan tərəfdaşlığının nə qədər güclü və uzunmüddətli olduğunun növbəti sübutudur! Təkcə enerji deyil, yaşıl enerji, rəqəmsal keçid və nəqliyyat sahələrindəki körpüləri daha da möhkəmləndiririk. Sülh və davamlı inkişaf naminə birgə gələcəyə doğru!

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki