image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724405258_57c39d646a71b577b8094ac7e91c3307

Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir

image-legitimaz-810x90

Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dost və tərəfdaş dövlətlərlə münasibətləri davamlı şəkildə inkişaf edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşmış yüksək səviyyəli siyasi münasibətlər, qarşılıqlı etimad və dostluq əlaqələri xüsusi əhəmiyyət daşıyır. İki qardaş xalqı ortaq tarixi, mədəni və mənəvi dəyərlər birləşdirməklə yanaşı, dövlətlər arasında münasibətlər də qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edir.

Azərbaycan Respublikasının xarici siyasət kursunun əsas istiqamətlərindən biri dost və qardaş dövlətlərlə əlaqələrin daha da möhkəmləndirilməsidir. Bu siyasət çərçivəsində Azərbaycan–Özbəkistan münasibətləri son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuş, siyasi əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri, müntəzəm görüşləri və apardıqları danışıqlar Azərbaycan ilə Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu görüşlər zamanı yalnız ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri deyil, həmçinin regionda və dünyada baş verən mühüm siyasi və iqtisadi proseslər də müzakirə olunur. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan fikir mübadiləsi iki ölkənin mövqelərinin bir çox istiqamətlər üzrə yaxın olduğunu göstərir. Azərbaycan və Özbəkistan beynəlxalq münasibətlər sistemində dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə xüsusi əhəmiyyət verir. Məhz bu ortaq yanaşma iki dövlət arasında siyasi münasibətlərin möhkəm əsaslar üzərində qurulmasına, qarşılıqlı etimadın daha da güclənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradır. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqelərini dəstəkləyir, regional və qlobal məsələlər üzrə fəal əməkdaşlıq edirlər.

 

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki