image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724405256_54c629a394f74ec6c38671428b71b649

Dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlət arasında təbii müttəfiqliyi möhkəmləndirir

image-legitimaz-810x90

Dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlət arasında təbii müttəfiqliyi möhkəmləndirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənmiş, dost və tərəfdaş dövlətlərlə əlaqələr yeni inkişaf mərhələsinə yüksəlmişdir. Azərbaycan Respublikasının xarici siyasət kursunun əsas istiqamətlərindən biri dövlətlər arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Bu siyasətin mühüm göstəricilərindən biri də dövlət başçılarının qarşılıqlı səfərləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif ölkələrə həyata keçirdiyi rəsmi və işgüzar səfərlər, eləcə də xarici dövlət başçılarının Azərbaycana səfərləri ölkələr arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Dövlət rəhbərlərinin birbaşa təmasları mövcud münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsinə, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə və əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılmasına imkan verir. Qarşılıqlı səfərlər yalnız diplomatik xarakter daşımır, eyni zamanda dövlətlər arasında möhkəm siyasi iradənin və qarşılıqlı etimadın göstəricisi kimi çıxış edir. Prezident İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqe Azərbaycanın milli maraqlarının qorunması ilə yanaşı, ölkəmizin dost və tərəfdaş dövlətlərlə münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edir. Dövlət başçısının şəxsi diplomatik fəaliyyəti, müxtəlif ölkələrin liderləri ilə qurduğu etibarlı münasibətlər və mütəmadi görüşləri Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti hər bir görüş və səfər zamanı ölkəmizin mövqeyini, milli maraqlarını və dövlət siyasətinin əsas prioritetlərini yüksək səviyyədə ifadə edir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun və diplomatik imkanlarının artmasının mühüm göstəricilərindən biridir. İki müstəqil, güclü və suveren dövlət arasında münasibətlərin möhkəmlənməsində qarşılıqlı hörmət və etimad əsas amillərdəndir. Azərbaycan dövləti bütün tərəfdaşları ilə münasibətlərdə onların müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda öz milli maraqlarının və dövlət suverenliyinin qorunmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edir. Qarşılıqlı səfərlər zamanı dövlət başçıları arasında keçirilən görüşlərdə siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari, enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sənaye, turizm, təhsil, mədəniyyət və humanitar sahələr üzrə əməkdaşlıq məsələləri də müzakirə olunur. Bu görüşlərin nəticəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar dövlətlərarası münasibətlərin hüquqi bazasının genişlənməsinə və konkret layihələrin həyata keçirilməsinə imkan yaradır.

İlqar İsayev – Zərdab Gənclər evi SXM-in direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki