image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091476411938152_1200x630

Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir

image-legitimaz-810x90

Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir

2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüş və verilən bəyanatlar iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq vurğuladı ki, “Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.” Bu fikir Azərbaycan ilə Slovakiya arasında formalaşmış etibarlı tərəfdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mahiyyətini dolğun şəkildə ifadə edir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Avropa dövlətləri ilə münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Slovakiya da bu istiqamətdə Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Son illərdə dövlət başçıları, hökumət nümayəndələri və parlamentlərarası nümayəndə heyətləri arasında intensiv təmaslar iki ölkə arasında siyasi dialoqu daha da möhkəmləndirib. Qarşılıqlı səfərlər təkcə diplomatik münasibətlərin deyil, həm də iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verir. Şuşada keçirilən görüşün xüsusi əhəmiyyəti də məhz buradan irəli gəlir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün beynəlxalq tədbirlərin və yüksək səviyyəli görüşlərin keçirildiyi nüfuzlu məkana çevrilib. Slovakiya Prezidentinin Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərilən hörmətin, eyni zamanda Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq edir, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq aparır və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri dəstəkləyirlər. Dövlətlər arasında qarşılıqlı etimadın mövcudluğu gələcək layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki