image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17891930713711617200_1200x630jpg_1789196200

Diplomatik səfərə qarşı qəbuledilməz münasibət

image-legitimaz-810x90

Diplomatik səfərə qarşı qəbuledilməz münasibət

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren əraziləridir. Bu ərazilərdə baş verən proseslər Azərbaycan Respublikasının daxili işi və suveren hüquqları çərçivəsində həyata keçirilir. Buna görə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və erməni revanşist dairələrində göstərilən kəskin reaksiya qəbuledilməzdir.

Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, xarici diplomatların Azərbaycanın ərazisində sərbəst hərəkətinə qarşı etirazların səsləndirilməsi bu mövqe ilə açıq ziddiyyət təşkil edir. Azərbaycanın hansı bölgəsinə diplomatik nümayəndələrin səfər etməsi ilə bağlı qərar vermək Ermənistanın deyil, Azərbaycanın suveren hüququdur.

Xüsusilə xarici diplomatların səfərə görə hədəfə alınması və linç xarakterli çağırışların səsləndirilməsi beynəlxalq münasibətlər baxımından yolverilməzdir. Diplomatik nümayəndələrə təzyiq göstərilməsi yalnız diplomatik etika normalarına deyil, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsipinə də ziddir.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin mühüm göstəricisidir. Səfər iştirakçıları Azərbaycanın suveren ərazisində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaqla yanaşı, regiondakı inkişaf proseslərini yerində müşahidə ediblər. Bu fakt Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə beynəlxalq dəstəyin praktiki ifadəsi kimi qiymətləndirilə bilər.

Erməni revanşist qüvvələrin bu səfərə qarşı münasibəti isə göstərir ki, Ermənistan cəmiyyətinin müəyyən dairələrində keçmişin revanşist yanaşmaları hələ də qalmaqdadır. Halbuki regionda davamlı sülh və sabitliyin əsas şərtlərindən biri yeni reallıqların qəbul edilməsi və qonşu dövlətlərin suverenliyinə hörmət göstərilməsidir.

Azərbaycan öz ərazisində bərpa və quruculuq işlərini davam etdirir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir və Qarabağla Şərqi Zəngəzurun inkişafını həyata keçirir. Bu prosesə kənardan müdaxilə cəhdləri, o cümlədən diplomatik səfərlərə qarşı təzyiq xarakterli reaksiyalar heç bir hüquqi və siyasi əsasla izah oluna bilməz.

Bu baxımdan erməni revanşist qüvvələrin diplomatik korpusun səfərinə qarşı reaksiyası Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilməli və qətiyyətlə rədd edilməlidir. Regionun gələcəyi revanşizm üzərində deyil, suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və sülhə əsaslanan münasibətlər üzərində qurulmalıdır.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki