image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787498711_17874980461589511453_1200x630

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

image-legitimaz-810x90

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

 

Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Görüş iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olub. İclasda Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Dövlət başçıları əldə olunan nəticələrdən məmnunluqlarını ifadə edərək, gələcəkdə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin artırılması, sahibkarlar və regionlar arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib. Nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə olunmasının həm Azərbaycan, həm də Özbəkistan üçün yeni iqtisadi imkanlar yaradacağı qeyd olunub. İclasın mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq haqqında Müqavilənin imzalanması olub. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi və mənəvi əsas yaradır. Həmçinin Ali Dövlətlərarası Şuranın 3-cü iclasının qərarı imzalanıb və bir sıra digər sənədlər üzrə razılıqlar əldə olunub.

Prezident İlham Əliyevin səfəri çərçivəsində müxtəlif iqtisadi və humanitar layihələrin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi də əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirib. Ali Dövlətlərarası Şuranın növbəti iclası bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf edir. Bu əlaqələrin bundan sonra da genişlənməsi iki ölkənin inkişafına və regionda əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki