image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-687895133_1602337928118660_3678371342713496103_n

Ciorcia Meloninin Azərbaycana səfəri  əlaqələrin davamlı və dinamik inkişaf etdiyini göstərir

image-legitimaz-810x90

Ciorcia Meloninin Azərbaycana səfəri  əlaqələrin davamlı və dinamik inkişaf etdiyini göstərir

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş və birgə mətbuat bəyanatları iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Bu səfər həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Rəsmi bəyanatında Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi vurğulamışdır. Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin Avropa ilə iqtisadi və enerji əlaqələrində mühüm rol oynayır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan–İtaliya münasibətlərinin sadəcə iqtisadi deyil, eyni zamanda siyasi və geosiyasi müstəvidə də xüsusi əhəmiyyət kəsb etməsidir. Dövlət başçısı qeyd etmişdir ki, bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Ciorcia Meloninin Azərbaycana səfəri bu əlaqələrin davamlı və dinamik inkişaf etdiyini göstərir. Prezidentin vurğuladığı kimi, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və yeni perspektivlər açır. Cənab Prezident İlham Əliyevin bəyanatında enerji sahəsində əməkdaşlıq xüsusi yer tutmuşdur. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. İtaliya isə Azərbaycan qazının əsas ixrac bazarlarından biridir.  Azərbaycan Avropaya, xüsusilə də İtaliyaya böyük həcmdə təbii qaz ixrac edir və bu həcmlərin artırılması istiqamətində müzakirələr davam etdirilir. Bu fakt iki ölkə arasında enerji əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmadığını da qeyd etmişdir. Azərbaycan ilə İtaliya arasında qeyri-neft sektoru üzrə əməkdaşlıq, sənaye, investisiya və infrastruktur layihələri də inkişaf etməkdədir.  İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən iri layihələrdə fəal iştirak edir. Bu isə qarşılıqlı iqtisadi asılılığı və tərəfdaşlığın dayanıqlığını artırır. mBəyanatda diqqət çəkən mühüm istiqamətlərdən biri də regional məsələlər, xüsusilə Azərbaycan–Ermənistan münasibətləri olmuşdur. Görüş zamanı tərəflər regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulamışlar. İtaliya tərəfi Azərbaycanın Ermənistanla normallaşma prosesinə dəstəyini ifadə etmiş, sülh gündəliyinin irəliləməsinin region üçün əhəmiyyətini qeyd etmişdir. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh siyasətinə beynəlxalq dəstəyin artdığını göstərir. Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq vurğulanan məqamlardan biri də Azərbaycan–İtaliya əlaqələrinin gələcək perspektivləri olmuşdur. Dövlət başçısı əminliyini ifadə etmişdir ki, mövcud əməkdaşlıq daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Ciorcia Meloni də öz növbəsində iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qalxacağına inandığını bildirmişdir. Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də Ciorcia Meloninin Azərbaycana səfəri zamanı verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri artıq sadəcə tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu münasibətlər enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, siyasi dialoq və regional sabitlik kimi mühüm sahələri əhatə edir.

Bu səfər və səsləndirilən bəyanatlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini, Avropa ilə əlaqələrinin dərinləşdiyini və ölkəmizin qlobal enerji və siyasi sistemdə rolunun daha da artdığını bir daha təsdiqlədi.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki