image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1784638296308860539_1200x630

Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində yeni mərhələ

image-legitimaz-810x90

Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində yeni mərhələ

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın formalaşdırılması istiqamətində əldə olunmuş mühüm nəticələri bir daha ön plana çıxarır. Dövlət başçısının vurğuladığı kimi, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində mühüm siyasi hadisə olmaqla, uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması istiqamətində yeni mərhələnin əsasını təşkil etmişdir.

Prezident İlham Əliyev çıxışında Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək bu istiqamətdə göstərilən səylərin əhəmiyyətini xüsusi vurğulamışdır. Sülh sazişinin paraflanması və əldə olunmuş razılaşmalar regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və sabit inkişaf üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.

Azərbaycan əldə olunmuş razılaşmaların yalnız siyasi bəyanatlarla məhdudlaşmamasına üstünlük verərək qısa müddətdə praktiki addımlar atmışdır. Bu çərçivədə enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində konkret tədbirlər həyata keçirilməyə başlanmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təchiz etdiyi benzin və dizel yanacağı Ermənistanın enerji təminatına mühüm töhfə verir, eyni zamanda Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasının genişlənməsi regionda iqtisadi inteqrasiyanın güclənməsinə və qarşılıqlı asılılığın artmasına xidmət edir.

Bütün bunlar göstərir ki, sülhün davamlılığının təmin olunması yalnız siyasi razılaşmalarla deyil, qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığın və etimad mühitinin möhkəmləndirilməsi ilə mümkündür. Azərbaycan bu prosesdə konstruktiv mövqeyini və regional sabitliyə verdiyi töhfəni ardıcıl şəkildə davam etdirərək Cənubi Qafqazın əməkdaşlıq və inkişaf məkanına çevrilməsi istiqamətində mühüm rol oynayır.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki