image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17873045082956817134_1200x630

Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub

image-legitimaz-810x90

Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi potensialının və strateji coğrafi mövqeyinin beynəlxalq əməkdaşlıq imkanlarına çevrilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr ölkəmizin tərəfdaş dövlətlərlə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Xüsusilə nəqliyyat və enerji sahəsində Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər ölkəmizin regional əməkdaşlıqda fəal rolunu daha da artırır. Azərbaycan və Özbəkistan dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində bu layihələrin inkişaf perspektivlərinin müzakirə olunması qarşılıqlı iqtisadi maraqların daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətdə enerji təhlükəsizliyi və enerji əməkdaşlığı xüsusi yer tutur. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin mühüm nəticələrindən biridir. Enerji sahəsində qurulan tərəfdaşlıqlar təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu daha da güclənir, tərəfdaş dövlətlərlə nəqliyyat və logistika sahəsində əməkdaşlıq genişlənir. Dövlət başçılarının görüşlərində regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suveren bərabərliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi ölkəmizin milli maraqlarının qorunmasına və beynəlxalq ictimaiyyət tərəfindən daha geniş şəkildə tanınmasına imkan verir. Qarşılıqlı səfərlər zamanı tərəflərin regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələləri üzrə mövqelərinin müzakirə edilməsi dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən sülh və əməkdaşlıq təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın formalaşmasını və iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu məqsədlərin həyata keçirilməsi baxımından mühüm siyasi platforma rolunu oynayır. Təbii müttəfiqlik anlayışı yalnız dövlət rəhbərləri arasında siyasi münasibətlərlə məhdudlaşmır. Bu anlayışın arxasında xalqlar arasında formalaşmış tarixi, mədəni və humanitar əlaqələr, qarşılıqlı rəğbət və ortaq maraqlar dayanır. Azərbaycan xalqının müxtəlif xalqlarla dostluq münasibətlərinin inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri xalqlar arasında əlaqələrin genişlənməsinə də mühüm təsir göstərir. Siyasi səviyyədə əldə olunan razılaşmalar sonrakı mərhələdə dövlət qurumları, təhsil və mədəniyyət müəssisələri, gənclər təşkilatları, ictimai birliklər və digər qurumlar arasında əməkdaşlığın inkişafına imkan yaradır. Bu isə xalqların bir-birini daha yaxından tanımasına, qarşılıqlı hörmət və etimadın daha da artmasına xidmət edir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki