image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-700871693_1534333841379722_945723916516265708_n

Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir

image-legitimaz-810x90

Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.

2026-cı ilin cənab prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm göstəricilərindən biridir. Bu qərar təkcə şəhərlərin yenilənməsi deyil, həm də milli memarlıq irsinin qorunması, müasir urbanizasiya prinsiplərinin tətbiqi və insanların daha rahat yaşayış mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri bu sahədə görülən ən möhtəşəm layihələr sırasındadır. Uzun illər dağıntılara məruz qalan Qarabağ və Şərqi Zəngəzur bu gün tamamilə yeni sima qazanır. Müasir şəhərsalma prinsiplərinə uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, yeni yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial obyektlər tikilir. Bu layihələr yalnız infrastrukturun bərpası deyil, həm də insanların öz doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıdışını təmin edir.

Şuşa, Ağdam, Füzuli və digər azad edilmiş şəhərlərdə aparılan işlər Azərbaycanın gücünü və inkişaf iradəsini bütün dünyaya nümayiş etdirir. Xüsusilə Ağdam şəhərinin müasir baş plan əsasında yenidən qurulması, Şuşanın tarixi-mədəni simasının qorunaraq bərpası və Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı uğurların bariz nümunəsidir. Bu uğurların beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsi təsadüfi deyil. Azərbaycanın bundan əvvəl 12-ci Qahirə şəhərində keçirilmiş World Urban Forum, WUF 13 – Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir. World Urban Forum 13 dünyanın müxtəlif ölkələrindən şəhərsalma, memarlıq və urbanizasiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri məhz ölkəmizdə bir araya gətirərək Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq və müasir urbanizasiya təcrübələrini paylaşmaq üçün mühüm bir platformadır.

Bu gün Azərbaycan şəhərləri yalnız gözəlliyi ilə deyil, həm də ekoloji yanaşma, innovativ texnologiyalar və rahat infrastruktur baxımından diqqət çəkir. Parkların salınması, yaşıllıq zonalarının artırılması, yeni nəqliyyat layihələrinin həyata keçirilməsi və tarixi abidələrin bərpası ölkəmizin gələcəyə hesablanmış inkişaf modelindən xəbər verir.

Nəticə etibarilə, “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın müasir inkişaf strategiyasında xüsusi yer tutur. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri və WUF13 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyimiz ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunu daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan gələcəyin müasir, dayanıqlı və inkişaf etmiş şəhərlərini qurmaq yolunda inamla irəliləyir.

 

Kamal Xəlilov – Zərdab Gənclər evi, dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki