Bu gün Türk dünyasının ölkələri ortaq maraqlar əsasında əməkdaşlığı genişləndirir
Orta Dəhliz kimi tanınan beynəlxalq nəqliyyat marşrutunun inkişafı Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu marşrut vasitəsilə Asiya ilə Avropa arasında yükdaşımaların həcmi daha da artır. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması əsas prioritetlərdən biridir. Hazırda kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, logistika və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır. Azərbaycan və Türkmənistan sahibkarları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi iqtisadi münasibətlərin daha da güclənməsinə xidmət edir. Bu əməkdaşlıq nəticəsində yeni iş yerlərinin yaradılması, ixrac imkanlarının genişlənməsi və regionların sosial-iqtisadi inkişafının sürətlənməsi gözlənilir. Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə əlaqələr də uğurla inkişaf edir. Elm, təhsil, mədəniyyət, idman və gənclər siyasəti sahələrində qarşılıqlı layihələr həyata keçirilir. Türkmən və Azərbaycan ədəbiyyatı, musiqisi və mədəni irsi xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Mədəni tədbirlər, sərgilər, konfranslar və tələbə mübadilə proqramları iki ölkənin vətəndaşlarını bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın inkişafı bütövlükdə Türk dünyasının güclənməsinə xidmət edir. Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə mühüm töhfə verir.
Bu gün Türk dünyasının ölkələri ortaq maraqlar əsasında əməkdaşlığı genişləndirir, yeni layihələr həyata keçirir və beynəlxalq arenada daha sıx əlaqələr qururlar. Azərbaycan və Türkmənistan bu prosesdə mühüm rol oynayan dövlətlər sırasındadır. Azərbaycan–Türkmənistan münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında qurulan əməkdaşlıq əlaqələri hər iki ölkənin inkişafına xidmət edir. Enerji, nəqliyyat, ticarət, investisiya, humanitar və mədəni sahələrdə əldə olunan uğurlar strateji tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir. Bu gün Azərbaycan və Türkmənistan arasında formalaşan yeni əməkdaşlıq modeli təkcə iki ölkənin deyil, bütövlükdə Xəzər regionunun və Türk dünyasının inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan bu münasibətlər gələcək illərdə daha böyük uğurlara yol açacaqdır.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc
























