image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-screenshot_2026-05-25_162105

Bu gün regionların inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm hissəsidir

image-legitimaz-810x90

Bu gün regionların inkişafı Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm hissəsidir

Azərbaycan son illərdə yalnız iqtisadi sahədə deyil, sosial sahədə də böyük inkişaf yolu keçib. Xüsusilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkənin bütün bölgələrinin simasını dəyişib. Bu proqramlar həyata keçirilərkən təkcə yolların çəkilməsi, yeni müəssisələrin yaradılması ilə kifayətlənilməyib, eyni zamanda insanların rahat və firavan yaşaması üçün vacib olan sosial infrastruktur layihələri də uğurla icra olunub.

Bu gün ölkənin müxtəlif rayon və kəndlərinə baxdıqda görülən işlərin nəticəsini açıq şəkildə görmək mümkündür. Bir vaxtlar problemlərlə üzləşən yaşayış məntəqələri artıq müasir görünüş alıb. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman kompleksləri, mədəniyyət mərkəzləri, yollar və kommunal xidmətlər insanların istifadəsinə verilib. Bütün bunlar regionların inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərib. Regional inkişaf proqramlarının əsas məqsədi paytaxtla bölgələr arasında fərqin azalması, insanların doğma yurdlarında rahat yaşaması və işləməsi üçün şərait yaratmaqdır. Bu istiqamətdə görülən işlər nəticəsində minlərlə yeni iş yeri açılıb, sahibkarlığın inkişafına dəstək göstərilib, kənd təsərrüfatı genişlənib və bölgələrin iqtisadi imkanları artıb. Eyni zamanda sosial layihələr insanların gündəlik həyatına birbaşa təsir etdiyi üçün dövlət proqramlarının ən vacib hissəsinə çevrilib. Son illərdə bölgələrdə yüzlərlə məktəb binası tikilib və əsaslı şəkildə təmir olunub. Müasir təhsil ocaqları şagirdlərin daha yaxşı şəraitdə təhsil almasına imkan yaradıb. Kənd məktəblərində belə istilik sistemi, laboratoriyalar, kompüter otaqları və idman zalları qurulub. Təhsilə göstərilən diqqət gələcəyin savadlı və güclü nəslinin formalaşmasına xidmət edir.

Səhiyyə sahəsində də mühüm layihələr həyata keçirilib. Rayon mərkəzi xəstəxanaları yenidən qurulub, kənd tibb məntəqələri istifadəyə verilib. Əvvəllər insanlar müalicə üçün paytaxta üz tuturdusa, indi bir çox tibbi xidmətlər bölgələrdə əlçatan olub. Müasir tibbi avadanlıqlar və yaxşılaşdırılmış xidmət əhalinin sağlamlığının qorunmasına böyük töhfə verir.

İçməli su və kanalizasiya layihələri də sosial infrastrukturun vacib hissəsidir. Bir çox şəhər və kəndlərdə yeni su xətləri çəkilib, insanların uzun illər yaşadığı su problemi aradan qaldırılıb. Elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması da regionlarda həyat şəraitini xeyli dəyişib. Bu gün ən ucqar kəndlərdə belə insanların rahat yaşaması üçün lazımi şərait yaradılır.

Yol infrastrukturunun yenilənməsi regionların inkişafında xüsusi rol oynayır. Yeni yollar kəndlərlə şəhərlər arasında gediş-gəlişi asanlaşdırıb, məhsulların bazarlara çıxarılmasını sürətləndirib. Eyni zamanda yolların çəkilməsi turizmin inkişafına da müsbət təsir göstərib. Bu gün Azərbaycanın bir çox bölgələrinə yerli və xarici turistlər rahat şəkildə səfər edir. Mədəniyyət və idman sahəsində həyata keçirilən layihələr də diqqətdən kənarda qalmayıb. Rayonlarda tikilən Olimpiya İdman Kompleksləri, gənclər mərkəzləri və mədəniyyət evləri gənclərin asudə vaxtının səmərəli təşkilinə imkan yaradır. Bu cür layihələr həm sağlam həyat tərzinin təşviqinə, həm də gənclərin inkişafına xidmət edir. Ən vacib məsələlərdən biri isə odur ki, bütün bu layihələr insanların sosial rifahına xidmət edir. Dövlətin həyata keçirdiyi proqramlar nəticəsində bölgələrdə yaşayan insanların həyat şəraiti yaxşılaşıb, işsizlik azalıb və kəndlərdən şəhərlərə köçün qarşısının alınmasına mühüm təsir göstərilib. İnsanlar artıq doğma rayonlarında həm işləyə, həm də rahat yaşaya bilirlər.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki