image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460834_73731f5bff235ba6e1e5d797dc5ff6a5

Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb

image-legitimaz-810x90

Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb.

Uzun illər insanların həsrətlə gözlədiyi gün artıq gerçəkləşib. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyat canlanır. Vaxtilə dağıdılmış evlərin yerində yeni binalar ucalır, yollar salınır, məktəblər və digər obyektlər tikilir. Ən əsası isə insanlar doğma torpaqlarına qayıdaraq burada yeni həyata başlayırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərdən danışılıb. Dövlət başçısı qeyd edib ki, bu gün həmin ərazilərə həyat qayıdıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məhəllələrinin salınması, tarixi və dini abidələrin bərpası da diqqət mərkəzindədir. Azərbaycan xalqının tarixini və mədəni irsini yaşadan məscidlərin və digər dini abidələrin yenidən bərpası xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın dini və mədəni irsə münasibəti də ön plana çəkilib. Azərbaycan tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı məkan kimi tanınıb. Ölkəmizdə dini və milli müxtəlifliyə hörmət ənənəsi qorunur.

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi bu gün Azərbaycanın qarşısında duran mühüm məsələlərdən biridir. Burada aparılan quruculuq işləri insanların öz doğma torpaqlarına qayıdışına, bölgənin iqtisadi və sosial həyatının canlanmasına imkan yaradır. Artıq azad edilmiş ərazilərdə yeni həyatın izləri aydın görünür. Qurulan şəhərlər, abadlaşdırılan kəndlər, açılan məktəblər və digər obyektlər Qarabağ və Şərqi Zəngəzurun gələcəyə doğru inkişaf etdiyini göstərir.

Bu mənada “Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb” fikri bölgədə baş verən dəyişikliklərin əsas məzmununu ifadə edir. Doğma yurdlarına qayıdan insanların səsi, uşaqların məktəblərə getməsi və yeni yaşayış məntəqələrinin qurulması azad edilmiş torpaqlarda həyatın yenidən canlandığını göstərir. Qarabağ və Şərqi Zəngəzur bu gün bərpa və quruculuq mərhələsini yaşayır.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki