image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1782119173609241254_1200x630

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı

image-legitimaz-810x90

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı
Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Bakı-Aşqabad münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Belə ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və dövlət başçılarının mətbuata bəyanatları iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezident cənab İlham Əliyev və Türkmənistan Prezidenti arasında aparılan danışıqlar siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika əməkdaşlığının və enerji tərəfdaşlığının daha da genişləndirilməsinə yönəlmişdir. Bu hadisə tarixi və strateji yaxınlığın möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Mətbuat üçün bəyanatında ölkəmizin rəhbəri Azərbaycan və Türkmənistan münasibətlərinin möhkəm tarixi, mədəni və etnik köklərə əsaslandığını vurğuladı. O qeyd etdi ki, xalqlarımızı ortaq dil, din, mədəniyyət və ənənələr birləşdirir və bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün etibarlı zəmin yaradır. Cənab Prezident Azərbaycanın Türkmənistanın daimi neytrallıq siyasətini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bəyan etdi. Bu yanaşmanın Xəzər hövzəsində sabitliyin və qarşılıqlı etimadın qorunması baxımından xüsusi önəmi vardır. Son illərdə iki ölkə arasında siyasi münasibətlərin intensivləşməsi regionda əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaratmışdır.
Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı aparılan danışıqların əsas istiqamətlərini siyasi əlaqələr, ticarət-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, sənaye, humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti təşkil edir. Prezident cənab İlham Əliyev xüsusilə nəqliyyat və logistika əməkdaşlığının uzunmüddətli xarakter daşıdığını vurğulayaraq, Azərbaycan və Türkmənistanın Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynadığını bildirmişdir. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, liman infrastrukturlarının əlaqələndirilməsi və Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunması danışıqlarda ön plana çıxan məsələlərdən biridir. Bu istiqamət həm regional iqtisadi inteqrasiyaya, həm də Avrasiya məkanında tranzit potensialının artırılmasına xidmət edir.
Zərdab şəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki