Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır.
Cənubi Qafqaz və Mərkəzi Asiyanın, ümumilikdə isə Türk dünyasının diqqəti Azərbaycan Prezidentinin Özbəkistana baş tutan dövlət səfərinə yönəlib. Səfər proqramının kifayət qədər zəngin olması və iki ölkə arasında imzalanan sənədlərin təkcə Bakı və Daşkənd deyil, bütövlükdə böyük bir coğrafiya üçün faydalılıq əmsalı, Azərbaycan Liderinin səfərini daha diqqətçəkici edib. Elə bu səbəbdəndir ki, beynəlxalq media resursları da Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfərinə geniş yer ayıraraq bu səfərin Mərkəzi Asiya və Cənubi Qafqaz üçün faydalarını şərh edirlər. Birmənalı olaraq ifadə edilən fikir ondan ibarətdir ki, ciddi yüksəliş dövrünü yaşayan iki ölkənin əlaqələrinin genişləndirilməsi gələcək üçün perspektivli imkanlar vəd edir. Elə dövlət başçılarının görüşündən sonra mətbuata verdiyi verdikləri açıqlamada da bu məqam xüsusi olaraq qeyd edilirdi. Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Hər dəfə Daşkəndə səfər edəndə buraaa sürətli inkişafın şahidi olduğunu diqqətə çatdıran Prezident cənab İlham Əliyev deyib ki, Özbəkistanın inkişafını hər sahədə görmək mümkündür. Özbəkistanın bugünkü yüksəlişinin əsasında isə prezident Şavkat Mirziyoyevin uğurlu siyasəti dayanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, qardaş ölkənin yüksəlişi, onun uğurlu inkişafı Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir. Məhz Mirziyoyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasət Özbəkistanı dost, qardaş dövlətlərlə daha da yaxınlaşdırıb, əlaqələrin inkişafın üçün zəmin yaradıb.
Bu gün Bakı ilə Daşkənd arasında bütün istiqamətlərdə ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğuna şahidlik edirik. İki ölkənin liderləri səviyyəsində mövcud olan yüksək səviyyəli münasibətlər, dostluq-qardaşlıq əlaqələri təkcə siyasi deyil, eləcə də iqtisadi-ticari, mədəni-humanitar, nəqliyyat, logistika əlaqələrinin inkişafı üçün zəmin yaradır, bu əlaqələri daha da dərinləşdirir və irəliyə aparır. Elə Prezident cənab İlham Əliyevin özbəkistanlı həmkarı ilə görüş zamanı mətbuata verdiyi bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsinı xüsusi diqqət ayrılırdı. Bildiyimiz kimi, Azərbaycan və Özbəkistan arasında son illərdə qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafı üçün siyasi baza əhəmiyyətli dərəcədə möhkəmlənib. Ancaq burada bir məqamı da nəzərə almaq lazımdır ki, iqtisadi münasibətlər yalnız ticarətlə məhdudlaşmır. Dövlət başçısı bu məsələyə xüsusi diqqət çəkməklə bildirdi ki, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və yeni istehsal sahələrinin formalaşdırılması iki ölkə arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindəndir.
Şaiq Əliyev- Fəal gənc, Magistr


























