image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-4865_1716864308-1itgnysem5plf70h4okx

Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır

image-legitimaz-810x90

Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan xarici siyasətin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət göstərilir. Quruma üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, onların mətbuata bəyanatlarında münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş müzakirə edildi, perspektivlər açıqlandı. Cənab Prezident mətbuata bəyanatında “Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir” söyləyərək əlaqlərimizin yüksələn xətlə inkişafını əsaslı şəkildə diqqətə çatdırdı. Bu məqamı da xüsusi vurğuladı ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Dövlət başçısı İlham Əliyev enerji sahəsində əməkdaşlığı da önə çəkərək xanım Ursula Fon der Lyayenin 2022-ci ildə ölkəmizə səfərinin olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Qeyd edək ki, 2022-ci ilin iyulunda reallaşan həmin səfər zamanı Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha əlaqələrin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini təqdim etmişdir. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Sözügedən Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Tərəflər nəzərdə tutulan bütün məsələlərin icra olunması fonunda bundan sonra da böyük uğurlara imza atılacağını əminliklə qeyd etmişdilər.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında diqqəti bu statistik rərəmə də yönəltdi ki, bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Eyni zamanda, cənab Prezident qeyd etmşdir ki, Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki