Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq.
Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafında iqtisadi amilin rolu bugünkü reallıqlardan aydın görünür: “Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Azərbaycan və Türkmənistan Prezidentlərinin mətbuata bəyanatlarında cənab İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.
Hazırki mərhələdə iki dost, qardaş ölkənin birliyi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü nümayiş etdirir: “Belə ki, Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi”. Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri kimi şəhərlərarası əlaqələrin inkişafını da önəmlidir. “Bakı ilə Aşqabad, Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ümumilikdə iki ölkənin münasibətləri bütün sahələrdə uğurlu inkişaf edir. Azərbaycan və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək iki ölkənin xarici siyasət uğurlarının təqdimatıdır. Bu tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır”.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

























