image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777537840_64-10

Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir

image-legitimaz-810x90

Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir.

Azərbaycanda güləş idman növü tarixən xüsusi yer tutmuş və milli idman ənənələrinin əsas sütunlarından biri kimi formalaşmışdır. Bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində son illərdə güləş daha da sürətlə inkişaf etmiş, maddi-texniki baza möhkəmləndirilmiş, beynəlxalq standartlara uyğun idman zalları və hazırlıq mərkəzləri istifadəyə verilmişdir. Peşəkar məşqçi heyətinin fəaliyyəti, gənc istedadların vaxtında aşkar olunaraq yetişdirilməsi və beynəlxalq yarışlara sistemli hazırlıq Azərbaycan güləş məktəbinin güclənməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan güləşçiləri həm Avropa, həm də dünya miqyasında ən güclü rəqiblərlə mübarizə apararaq ölkəmizi layiqincə təmsil edirlər.

Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan güləşçilərinin Prezident tərəfindən qəbul edilməsi bu uğurların yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Görüş zamanı idmançıların qazandıqları nailiyyətlərin ölkə üçün böyük qürur mənbəyi olduğu vurğulanmış, onların əzmkarlığı və peşəkarlığı xüsusi qeyd edilmişdir. Cənab Prezident çıxışında bildirmişdir: “Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları”. Qəbul zamanı idmançılarla səmimi müzakirələr aparılmış, onların gələcək planları və qarşıdakı yarışlara hazırlıq məsələləri diqqət mərkəzində olmuşdur. Dövlət başçısı tərəfindən idmançılara göstərilən diqqət və qayğı onların motivasiyasını daha da artırmaqla yanaşı, yeni uğurlar üçün stimul yaradır.

Bu cür görüşlər bir daha sübut edir ki, Azərbaycanda idmanın, xüsusilə güləşin inkişafı davamlı xarakter daşıyır və əldə olunan nailiyyətlər gələcək uğurların möhkəm təməlini formalaşdırır. Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı qələbələr ölkənin idman şöhrətini daha da yüksəldir və gənc nəslin bu sahəyə marağını artırır.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki