image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub

image-legitimaz-810x90

Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub

Prezident cənab İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha Azərbaycanın sülh təcrübəsinin, Avropa İttifaqı və üzv dövlətlərlə əlaqələrinin, həmçinin bəzi Avropa təsisatlarının ikili standartlara əsaslanan siyasətlərinə dövlətimizin münasibətinin təqdimatı oldu. Çıxış, həmçinin Azərbaycanın strateji baxışının, sülhə sadiqliyinin və beynəlxalq ədalət prinsiplərinə əsaslanan siyasətinin bir daha dünyaya nümayişi kimi dəyərləndirilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan və bunu konkret addımları ilə təsdiqləyən Azərbaycan “Avropa Siyasi Birliyi” platformasından da dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığlı problemləri bəyan etdi. Prezident İlham Əliyevin hər zaman çağırışlarında bu reallıq xüsusi qeyd edilir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər.

İşğal dövründə Azərbaycan üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Azərbaycanın işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağı beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyi nadir bir təcrübədir. Dövlət başçısı cənab İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında da bu məqamlara xüsusi diqqət yönəltdi. “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub” söyləyən cənab İlham Əliyev bildirdi ki, sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını – benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyətin bağlantılar olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək.  Azərbaycan hər zaman olduğu kimi, bu gün də təhlükəsizliyin, sülhün, əməkdaşlığın, sabitliyin tərəfdarı olaraq bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasına səy göstərir. Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır.


 Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki