image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777979091725-57920219

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə srtateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır

image-legitimaz-810x90

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə srtateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.

Azərbaycan Respublikası ilə İtaliya fərqli coğrafiyalarda yerləşmələri, fərqli din, dil ilə fərqlənmələrinə baxmayaraq güzəran psixologiyası baxımından hər iki xalq bir-birlərinə çox bənzər və oxşardırlar. Ümumiyyətlə Azərbaycan-İtaliya əlaqələri hər zaman dərin məzmuna, qarşılıqlı etimada malik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanatda bu münasibətlərə xüsusi olaraq diqqət ayırdı. Hər iki ölkə arasında olan əməkdaşlıq, strateji tərəfdaşlıq artan xətt ilə inkişaf etməkdədir. Keçən il ölkəmizin ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9.5 milyard kubmetri İtaliya bazarının payına düşmüşdür. Eyni zamanda uzun illər İtaliya şirkətləri ölkəmizdə uğurlu fəaliyyət göstərmişdir və sevindirici haldır ki, bu proses surətli şəkildə davam etməkdədir. Ümumiyyətlə iki ölkə arasında olan əməkdaşlıq çoxcəhətli və dinamikdir. Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformaları dövlətlərin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının təmin olunmasında mühüm rol oynayır. “Avropa Siyasi Birliyi” bu baxımdan yeni formalaşan və Avropa məkanında dialoq və əməkdaşlığı gücləndirməyi hədəfləyən mühüm təşəbbüslərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 4 may tarixində keçirilmiş 8-ci Zirvə toplantısında çıxışı regionda sülh quruculuğu, əməkdaşlıq və geosiyasi balans məsələləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülh mühitidir. Xüsusilə qeyd edilir ki, artıq tərəflər uzun müddətdir sülh şəraitində yaşayır və bu proses real nəticələr verməyə başlamışdır. Çıxışda Avropa təsisatlarının mövqeyi də geniş təhlil olunur. Prezident bəzi qurumların ikili standartlar nümayiş etdirdiyini qeyd edir. Bu yanaşma beynəlxalq hüququn selektiv tətbiqi problemini ortaya qoyur. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və qlobal siyasətdə tutduğu mövqeni aydın şəkildə nümayiş etdirir. Azərbaycan regionda sabitliyin təmin olunmasında fəal rol oynayır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki