image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17875017775511160408_1200x630

Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik

image-legitimaz-810x90

Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilir. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan əlaqələr bu gün siyasi etimad, iqtisadi kooperasiya, qarşılıqlı investisiyalar, nəqliyyat və enerji layihələri ilə zənginləşərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyətini və qarşıdakı dövr üçün əsas prioritetləri aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının Daşkəndin və bütövlükdə Özbəkistanın inkişafına verdiyi yüksək qiymət iki qardaş ölkə arasında siyasi etimadın və qarşılıqlı hörmətin möhkəm əsaslar üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan son illərdə sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat infrastrukturu və investisiya mühiti sahələrində mühüm nəticələr əldə edib. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi bu inkişafın mühüm istiqamətlərindəndir.

Bakı-Daşkənd münasibətlərinin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, əməkdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret iqtisadi layihələrlə möhkəmlənir. Avqustun 23-də keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında bildirilib ki, son beş ildə qarşılıqlı ticarət üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Qarşıya qoyulan növbəti mühüm hədəf qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Səfər çərçivəsində 2030-cu ilədək əmtəə dövriyyəsinin bu həddə çatdırılmasına dair proqramın qəbul edilməsi siyasi iradənin konkret fəaliyyət planı ilə tamamlandığını göstərir. Bu hədəf real iqtisadi göstəricilərə əsaslanır. Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət 33 faiz artaraq 144 milyon dollar təşkil edib. İqtisadi əməkdaşlığın coğrafiyası və sahələri də genişlənir. Azərbaycan və Özbəkistan enerji, geologiya, kimya sənayesi, kənd təsərrüfatı, maliyyə, tikinti, avtomobil sənayesi, turizm və emal sektorlarında birgə layihələr həyata keçirirlər. Bu, iki ölkə iqtisadiyyatının bir-birini tamamlayan imkanlarından daha səmərəli istifadə üçün geniş perspektivlər yaradır.

Dərya Əhmədova – Zərdab rayon Şıxbağı kənd tam orta ümumutəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki