Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.
Azərbaycanın müasir tarixində Qarabağ münaqişəsi uzun illər xalqımızın ən ağrılı məsələlərindən biri olub. İşğal nəticəsində yüz minlərlə insan öz doğma torpa dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarqlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Bu ağır hadisələr xalqımızın yaddaşında dərin iz buraxıb.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Qarabağ münaqişəsi və müharibə zamanı Azərbaycanın mövqeyindən danışıb. Dövlət başçısı çıxışında bildirib: “Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.” Prezident qeyd edib ki, Azərbaycan müharibə zamanı yalnız hərbi birləşmələrə qarşı döyüşüb və mülki insanları hədəf almayıb. Bu fikirlər müharibənin ağır nəticələri fonunda xüsusi əhəmiyyət daşıyır. Çünki müharibənin ən böyük zərərini hər zaman insanlar çəkir. Evlər dağıılır, ailələr öz yurdlarından uzaq düşür, insanların həyatında sağalmaz yaralar yaranır.
Azərbaycan xalqı uzun illər torpaqlarının işğaldan azad olunacağına inanıb. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qarşıya qoyulan hərbi vəzifələri yerinə yetirib. Döyüşlərdə çoxlu sayda hərbçimiz şəhid olub, qazilərimiz yaralanıb. Onların qəhrəmanlığı və fədakarlığı xalqımız tərəfindən daim ehtiramla yad edilir. Prezident İlham Əliyev çıxışında müharibə dövründə Azərbaycan tərəfinin əsas məqsədinin döyüş meydanında nəticə əldə etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan öz intiqamını döyüş meydanında alıb. Bu yanaşma müharibə ilə mülki əhali arasında fərqin qorunmasının vacibliyini göstərir. Münaqişələr zamanı dinc insanların təhlükəsizliyi və həyatının qorunması ən mühüm məsələlərdən biridir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulur. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər bərpa edilir, yollar çəkilir, məktəblər və digər sosial obyektlər tikilir. Doğma yurdlarından illər əvvəl ayrılmış insanlar mərhələli şəkildə öz torpaqlarına qayıdırlar. Prezidentin çıxışında bildirildiyi kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq bir sıra şəhər və kəndlərdə həyat bərpa olunub. Azərbaycanın keçdiyi yol göstərir ki, müharibədən sonra ən vacib məsələlərdən biri sülhün və sabitliyin təmin olunmasıdır. İnsanların təhlükəsiz şəraitdə yaşaması, dağıdılmış ərazilərin bərpası və normal həyatın yenidən qurulması əsas məqsədlərdəndir.
Prezidentin dini liderlərlə görüşündə müharibə ilə bağlı səsləndirdiyi fikirlər həm də Azərbaycanın özünü təqdim etdiyi mövqeni əks etdirir: münaqişənin hərbi mərhələsində əsas hədəfin hərbi qüvvələr olduğu, mülki insanların isə hədəf seçilmədiyi vurğulanır. Bu gün Azərbaycan xalqı müharibənin ağrılarından sonra quruculuq və inkişaf mərhələsini yaşayır. Əsas arzu isə əldə edilmiş sülhün qorunması, insanların təhlükəsiz yaşaması və gələcək nəsillərin müharibə deyil, əmin-amanlıq şəraitində böyüməsidir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova




















