image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1779120645_ee17771757303356d241688657b1c8e8

Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur

image-legitimaz-810x90

Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur

Müasir dövrdə şəhərlərin inkişafı iqtisadi dayanıqlılığın, sosial rifahın, ekoloji təhlükəsizliyin və milli strateji baxışın əsas göstəricilərindən birinə çevrilib. Məhz belə bir dövrdə Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə artan rolunun növbəti mühüm göstəricisi oldu. 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan xüsusi diqqət doğurdu. Dövlət başçısının səsləndirdiyi fikirlər yalnız forum iştirakçılarına ünvanlanan mesaj deyildi. Bu çıxış eyni zamanda Azərbaycanın gələcək şəhər modeli, dayanıqlı inkişaf konsepsiyası və regionun inkişafında oynadığı rol barədə beynəlxalq ictimaiyyətə verilən aydın və prinsipial mövqe idi. Prezident cənab İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Bakıda keçirilən forum artıq miqyasına görə dünyanın ən böyük beynəlxalq platformalarından birinə çevrilib. 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq etimad qazandığını və qlobal tədbirlərin keçirilməsi üçün etibarlı məkan kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi.

Dövlət başçısı forum çərçivəsində Azərbaycanın son illərdə şəhərsalma və infrastruktur sahəsində əldə etdiyi uğurlardan da bəhs etdi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və “ağıllı şəhər”, “ağıllı kənd” layihələri Azərbaycanın müasir şəhərsalma konsepsiyasına uyğun inkişaf modelini ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri artıq dünyanın diqqət mərkəzindədir. Bu ərazilərdə ekoloji standartlara uyğun, müasir texnologiyalara əsaslanan yeni yaşayış məntəqələrinin salınması Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm hissəsidir. Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin yalnız coğrafi baxımdan deyil, həm də strateji və siyasi baxımdan mühüm körpü rolunu oynadığını göstərir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan bu gün müxtəlif mədəniyyətləri, iqtisadi maraqları və beynəlxalq təşəbbüsləri bir araya gətirən mühüm platformaya çevrilib. Bu gün Bakı artıq təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan şəhərlərdən biridir. Müasir infrastrukturu, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və sürətli inkişaf modeli ilə Azərbaycan paytaxtı qlobal urbanizasiya prosesində mühüm nümunəyə çevrilməkdədir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində səsləndirilən fikirlər və təqdim olunan təşəbbüslər isə göstərdi ki, Azərbaycanın şəhərsalma siyasəti yalnız bu günün deyil, gələcəyin çağırışlarına hesablanmış strateji baxışa əsaslanır.

Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki