image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17917874693139864390_1200x630

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik

image-legitimaz-810x90

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik.

Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və dövlətlər arasında konstruktiv dialoqun əhəmiyyətini daha da artırır. Qlobal miqyasda baş verən siyasi və iqtisadi proseslər, beynəlxalq təhlükəsizlik çağırışları, eləcə də yeni əməkdaşlıq formatlarına artan ehtiyac hər bir dövlətin xarici siyasətində milli maraqlarla yanaşı, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsini də zəruri edir. Azərbaycan Respublikası bu reallıqları nəzərə alaraq, müstəqil və prinsipial xarici siyasət kursu ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafına xüsusi önəm verir.

Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindən biri çoxtərəfli diplomatiyanın imkanlarından səmərəli istifadə edilməsidir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirak ölkəmizə qlobal gündəlikdə duran məsələlərə münasibət bildirmək, milli maraqlarını müdafiə etmək və dövlətlər arasında siyasi dialoqun inkişafına töhfə vermək imkanı yaradır. Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlığı yalnız diplomatik təmas vasitəsi kimi deyil, həm də qarşılıqlı dəstəyin, ortaq mövqelərin formalaşdırılmasının və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinin mühüm mexanizmi kimi dəyərləndirir.

Cənab Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat da bu siyasətin konkret təzahürlərindən biri kimi diqqət çəkir. Səfər Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın xarici siyasətində coğrafi baxımdan uzaq olan ölkələrlə də qarşılıqlı faydalı münasibətlərin qurulmasına, mövcud əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə xüsusi diqqət yetirilir.

Cənab Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Kamboca arasında beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirmişdir: “BMT, Qoşulmama Hərəkatı və AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik”.

Bu fikirlər iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini ifadə etməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də aydın şəkildə ortaya qoyur. BMT, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət Azərbaycan və Kamboca üçün ortaq maraqların uzlaşdırılması, beynəlxalq gündəliyə dair fikir mübadiləsinin aparılması və çoxtərəfli diplomatiyada tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq dövlətlər arasında siyasi etimadın möhkəmlənməsinə, beynəlxalq münasibətlərdə qarşılıqlı dəstək ənənəsinin inkişafına xidmət edir.

Azərbaycanın xarici siyasət fəlsəfəsi əməkdaşlığı qarşıdurmaya, dialoqu təcridə, qarşılıqlı faydanı isə birtərəfli yanaşmalara alternativ kimi təqdim edir. Bu prinsip müxtəlif regionları təmsil edən dövlətlərlə münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında siyasi təmasların genişləndirilməsi də beynəlxalq əməkdaşlığın coğrafiyasının şaxələndirilməsi və dövlətlərarası münasibətlərin daha möhkəm əsaslar üzərində qurulması baxımından diqqətəlayiqdir.

 

Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki