image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783923590p4

Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır

image-legitimaz-810x90

Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır.

Müasir dünyada davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsidir. Dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, qarşılıqlı etimadın və sabitliyin formalaşması məhz hüquqi normaların qorunmasından asılıdır. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi “Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır” fikri bu həqiqəti bir daha diqqət mərkəzinə gətirdi.  Şuşada keçirilən mötəbər beynəlxalq forum Azərbaycanın qlobal məsələlərlə bağlı mövqeyinin ifadə olunduğu mühüm platformaya çevrilib. Forumda çıxış edən Prezident İlham Əliyev dünyanın qarşılaşdığı çağırışlardan, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən və sülhün təmin olunmasında hüquqi prinsiplərin rolundan danışdı.

Beynəlxalq hüquq dövlətlər arasında münasibətləri tənzimləyən əsas mexanizmlərdən biridir. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli prinsipləri qlobal təhlükəsizliyin əsasını təşkil edir. Bu prinsiplərin bütün ölkələr üçün eyni şəkildə tətbiq olunması isə beynəlxalq sistemdə ədalətin təmin edilməsinin vacib şərtidir. Azərbaycan uzun illər ərzində öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bəyan edib. Ölkəmizin mövqeyinə görə, hər bir dövlətin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental tələbləri çərçivəsində qorunmalıdır. Prezident İlham Əliyevin çıxışında da bu məsələyə xüsusi diqqət yetirilməsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin göstəricisidir.

Şuşada keçirilən forumun xüsusi əhəmiyyəti ondadır ki, bu tədbir beynəlxalq ictimaiyyətin diqqətini həm tarixi, həm də müasir proseslərə yönəldir. Vaxtilə münaqişə və dağıntılarla üzləşmiş Şuşanın bu gün beynəlxalq dialoq məkanına çevrilməsi sülhün, bərpanın və inkişafın mümkün olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh yalnız siyasi razılaşmalarla deyil, həm də hüquqi əsaslarla möhkəmlənməlidir. Ədalətli və davamlı sülh üçün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi, qarşılıqlı öhdəlikləri yerinə yetirməsi və gələcəyə yönəlmiş əməkdaşlıq qurması vacibdir.

Bu gün dünyada baş verən hadisələr bir daha göstərir ki, beynəlxalq hüququn aliliyi olmadan davamlı sülh və təhlükəsizlik mümkün deyil. Hüquqi prinsiplərə əsaslanan dünya nizamı dövlətlər arasında qarşılıqlı hörmətin və əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır” fikri mühüm siyasi mesaj olmaqla yanaşı, qlobal miqyasda sülhün təmin olunması üçün əsas istiqaməti göstərir. Bu yanaşma bir daha təsdiq edir ki, ədalətli və uzunmüddətli sülh yalnız beynəlxalq hüququn prinsiplərinə söykənən əməkdaşlıq yolu ilə mümkündür.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal Ziya Tağızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki