image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17917874695369033352_1200x630

Beynəlxalq əməkdaşlıqdan ikitərəfli tərəfdaşlığa doğru

image-legitimaz-810x90

Beynəlxalq əməkdaşlıqdan ikitərəfli tərəfdaşlığa doğru

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında əlaqələrin inkişafı da bu baxımdan diqqət çəkir. Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud siyasi əlaqələr və gələcək əməkdaşlıq imkanları ön plana çəkilib.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Bu platformalar dövlətlərə beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq maraqları uzlaşdırmaq və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək imkanı yaradır.

BMT çərçivəsində əməkdaşlıq beynəlxalq hüququn prinsiplərinə hörmət, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması, qlobal problemlərin həllində birgə səylərin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatı isə üzv dövlətlər arasında həmrəyliyin, bərabərhüquqlu münasibətlərin və qarşılıqlı dəstəyin inkişafı üçün mühüm siyasi platformadır. Azərbaycan bu Hərəkatda fəal iştirak etməklə beynəlxalq məsələlərə dair mövqeyini ifadə edir və üzv ölkələrlə siyasi dialoqu genişləndirir. AQEM çərçivəsində əməkdaşlıq da Asiyada və daha geniş coğrafiyada etimadın möhkəmləndirilməsinə, dialoqun təşviqinə xidmət edir.

Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin diqqətəlayiq tərəfi müxtəlif coğrafi regionları təmsil edən dövlətlər arasında ortaq maraqların mövcudluğunu nümayiş etdirməsidir. Müasir dövrdə qlobal çağırışlar ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edir. Bu baxımdan siyasi məsləhətləşmələrin aparılması və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin göstərilməsi dövlətlərarası münasibətlərin inkişafına töhfə verir.

 

 

Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki