image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bəyannamənin verdiyi strateji mesaj

image-legitimaz-810x90

Bəyannamənin verdiyi strateji mesaj.

 

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki qardaş dövlət arasında mövcud olan strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıraraq müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını müəyyən etmişdir. Şuşa Bəyannaməsi təkcə iki ölkə arasındakı münasibətlərin inkişafında deyil, həm də regionun geosiyasi mənzərəsinin formalaşmasında mühüm əhəmiyyətə malik tarixi sənəd kimi dəyərləndirilir. əyannamənin verdiyi əsas strateji mesaj Azərbaycan və Türkiyənin ortaq tarixə, dilə, mədəniyyətə və milli maraqlara söykənən münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməkdən ibarətdir. Sənəddə siyasi, hərbi, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyin təsbit edilməsi iki dövlətin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində birgə fəaliyyət göstərmək əzmini ortaya qoymuşdur. Şuşa Bəyannaməsinin imzalanmasının məhz Şuşa şəhərində həyata keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Şuşada imzalanan bu sənəd ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasının beynəlxalq səviyyədə təsdiqinin mühüm göstəricilərindən biri olmuşdur. Bununla yanaşı, sənəd regionda yeni əməkdaşlıq və inkişaf perspektivlərinin formalaşdırılmasına xidmət edən mühüm siyasi mesaj kimi çıxış etmişdir. Bəyannamə Türk dünyasının inteqrasiyasına da mühüm töhfə vermişdir. Sənəddə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və regional əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutur. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə Türk dünyasının birliyini və həmrəyliyini gücləndirən strateji sənəd kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcını qoymuş, “Bir millət, iki dövlət” prinsipini müasir beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirmişdir. Bu sənəd iki qardaş ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və davamlı əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm siyasi-hüquqi baza yaratmışdır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki