image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789460820_16f0e315d665a1e41eb8f1109044cb7f

Bakıda Türk dünyasının və İslam mədəniyyətinin ortaq dəyərləri bir araya gəlir

image-legitimaz-810x90

Bakıda Türk dünyasının və İslam mədəniyyətinin ortaq dəyərləri bir araya gəlir

 

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Bakıda keçirilən beynəlxalq tədbirlərin yalnız dini və elmi xarakter daşımadığını, eyni zamanda Türk dünyası ilə İslam aləmi arasında mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi xüsusi məna daşıyır. Bir tərəfdən Türk dünyasının dini rəhbərləri arasında əməkdaşlıq və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaradılır, digər tərəfdən Azərbaycanın zəngin mənəvi-intellektual irsi beynəlxalq ictimaiyyətə təqdim olunur.

Seyid Yəhya Bakuvi bu irsin mühüm simalarından biridir. XV əsrdə yaşamış mütəfəkkirin fəlsəfi və mənəvi irsi Azərbaycan tarixinin yalnız milli deyil, daha geniş İslam mədəniyyəti kontekstində də əhəmiyyətini nümayiş etdirir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı əsrlər boyu formalaşan zəngin düşüncə və mədəniyyət ənənəsinin göstəricisidir.

Tədbirlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazın müxtəlif bölgələrindən dini rəhbərlərin iştirak etməsi Bakının dialoq məkanı kimi rolunu da önə çıxarır. Bu iştirak coğrafi baxımdan fərqli dini və mədəni icmalar arasında qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən əməkdaşlıq imkanlarını genişləndirir.

Azərbaycanın bu prosesdə mövqeyi onun həm Türk dünyasının, həm də Qafqazın mühüm hissəsi olması ilə bağlıdır. Ölkənin tarixi-mədəni inkişafına nəzər saldıqda müxtəlif sivilizasiya və dövlətçilik ənənələrinin burada qarşılıqlı əlaqədə formalaşdığı görünür. Qafqaz Albaniyasının tarixi irsi, Qəbələnin qədim dövlətçilik mərkəzi kimi mövqeyi, Naxçıvanın Atabəylər dövlətinin siyasi mərkəzlərindən biri olması Azərbaycanın regionun çoxqatlı tarixində mühüm yer tutduğunu göstərən faktlardandır. Bakıda keçirilən toplantılar yalnız ayrı-ayrı tədbirlər kimi deyil, ortaq tarixi və mənəvi dəyərlərin müasir dövrdə yenidən gündəmə gətirilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan öz tarixi-mədəni irsini beynəlxalq dialoq platformalarında təqdim etməklə Türk dünyası, İslam aləmi və Qafqaz arasında əlaqələrin inkişafına töhfə verir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqam da məhz bu tarixi və mənəvi bağlılığın müasir əməkdaşlıq imkanları ilə tamamlanmasıdır. Belə tədbirlər göstərir ki, mədəni irs yalnız keçmişin yadigarı deyil, xalqlar arasında qarşılıqlı hörmət, dialoq və əməkdaşlıq üçün mühüm vasitədir. Bakının beynəlxalq dini və mədəni tədbirlərə ev sahibliyi etməsi isə Azərbaycanın bu istiqamətdə fəal rolunu bir daha nümayiş etdirir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki