image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-614d97b0-9666-44a1-ae1b-4bbfa26ec37f

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

image-legitimaz-810x90

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.

 

Enerji təhlükəsizliyi, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq müasir dünyanın ən aktual məsələləri sırasında yer alır. Bu baxımdan enerji sahəsində təşkil olunan beynəlxalq tədbirlər ölkələr arasında dialoqun gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Dünyanın aparıcı enerji tədbirləri sırasında xüsusi yer tutan Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, enerji sektorunun nüfuzlu nümayəndələrini, dövlət rəsmilərini, beynəlxalq təşkilatları və investorları bir araya gətirərək qlobal enerji gündəliyinin formalaşmasına töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Bu fikrin arxasında tədbirin beynəlxalq nüfuzu, iştirakçı sayı, müzakirə olunan strateji məsələlər və əldə olunan nəticələr dayanır. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin qatıldığı Bakı Enerji Həftəsi enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycan müstəqillik qazandıqdan sonra enerji sektorunu iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji tarixində yeni mərhələnin əsasını qoymuşdur. Həmin müqavilə Azərbaycanın zəngin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə yanaşı, ölkənin qlobal enerji xəritəsində strateji mövqeyini möhkəmləndirmişdir. Sonrakı dövrdə həyata keçirilən iri enerji layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır. Bakı Enerji Həftəsinin əhəmiyyəti yalnız iqtisadi məsələlərlə məhdudlaşmır. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, yaşıl enerji, bərpa olunan enerji mənbələri və iqlim dəyişiklikləri kimi qlobal problemlərin müzakirə olunduğu vacib platformadır. Bu baxımdan tədbir enerji siyasətinin müxtəlif istiqamətlərini bir araya gətirərək ölkələr arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına xidmət edir. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampın tədbirə ünvanladığı məktuba görə təşəkkürünü bildirərək enerji məsələlərinin yenidən normal məcraya qaytarılması istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir. Dövlət başçısı vurğulamışdır ki, uzun illər ərzində neft və qaz hasil edən ölkələr və şirkətlər müxtəlif ittihamlarla üzləşmiş, bəzən haqsız şəkildə tənqid edilmişdir. Halbuki müasir dünyanın enerji tələbatının böyük hissəsi məhz bu resurslar hesabına ödənilir və qlobal iqtisadiyyatın davamlı fəaliyyəti üçün enerji daşıyıcıları hələ də mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində fəaliyyət göstərən ölkələrin və şirkətlərin bəzən ictimai qınaq obyektinə çevrilməsi enerji təhlükəsizliyi məsələlərinin obyektiv qiymətləndirilməsinə mane olurdu. Son illərdə isə beynəlxalq ictimaiyyət enerji keçidinin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini daha aydın şəkildə dərk etməyə başlamışdır. Bu prosesdə həm ənənəvi enerji resurslarının, həm də bərpa olunan enerji mənbələrinin balanslaşdırılmış şəkildə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki