image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f9afee2a-6cd7-4660-8ce1-023bb54cb78e

“Bakı Enerji  Həftəsi ” qlobal enerji sahəsində həqiqətən aparıcı  tədbirlərdən biridir

image-legitimaz-810x90

“Bakı Enerji  Həftəsi ” qlobal enerji sahəsində həqiqətən aparıcı  tədbirlərdən biridir.

 

Prezident İlham Əliyevin uzaqgörən enerji strategiyası ölkəmizi neft-qaz mərkəzi olmaqla yanaşı, həm də bərpaolunan enerji sahəsində qlobal güc mərkəzinə çevirir. Azərbaycan dayanıqlı gələcək və “yaşıl artım” naminə nəhəng layihələri sürətlə icra etməkdədir. Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyindəki rolu “yaşıl enerji dəhlizləri” sayəsində yeni mərhələyə qədəm qoyur.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı strategiya ölkənin ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2030-cu ilə qədər 30%-ə, 2035-cu ilə qədər isə təxminən 43%-ə çatdırmağı hədəfləyir. Hazırda Bakıda keçirilən mötəbər Bakı Enerji Həftəsi tədbirlərində də bu tarixi addımlar qlobal ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasəti ölkənin enerji strategiyasının əsas strateji hədəflərindən biridir. Bu istiqamət bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, ixracın şaxələndirilməsini və ətraf mühitin qorunmasını nəzərdə tutur. Prezident İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirilib. Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir. Masdar” şirkəti ilə birlikdə Biləsuvar (445 MVt), Neftçala (315 MVt) günəş və Abşeron-Qaradağ (240 MVt) külək elektrik stansiyaları layihələri uğurla reallaşdırılır. Çinin “Universal International Holdings Limited” şirkəti ilə 100 MVt-lıq Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə mühüm addımlar atılır.Strateji Dəhlizlər: “Xəzər–Qara dəniz–Avropa” yaşıl enerji dəhlizi, həmçinin Azərbaycan–Qazaxıstan–Özbəkistan enerji interkonnektoru gələcəyin geo-iqtisadi xəritəsini yenidən formalaşdırır.İnfrastruktur: Cəbrayıl Enerji Qovşağında inşa edilən 330 kV-luq rəqəmsal yarımstansiya azad edilmiş ərazilərimizin yaşıl enerji potensialını birbaşa ölkə şəbəkəsinə inteqrasiya edir.Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji təmiz texnologiyaların tətbiqində liderliyini davam etdirir. Enerji keçidi tariximiz yenidən yazılır! “Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir”- prezident  İlham Əliyev  deyə vurğulayıb.

 

Zərdab rayon Heydər Əliyev  Mərkəzinin elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki