Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir.
Xeberaz.info xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan deyib.
O hesab edir ki, bu mənada Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb kəsişməsində unikal qovşağa çevrilə bilər:
“Bölgədə irəli sürülən təşəbbüslər, həyata keçirilən Orta Dəhliz və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerji resurslarının, fiber-optik kabellərin maneəsiz bağlantısı hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionumuzun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amil ola bilər”.
Xaçatryan qeyd edib ki, əvvəllər Cənubi Qafqaz Avropa qonşuluğu və ya şərti sərhədi hesab olunurdusa, bu gün heç bir layihə onsuz strateji əhəmiyyətə malik ola və potensialını tam şəkildə reallaşdıra bilməz.

























