Azərbaycanın təşəbbüsü ilə formalaşan beynəlxalq dialoq ənənəsi
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsası 2011-ci ildə qoyulub. İlk forumdan etibarən təşəbbüsün əsas istiqaməti mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin yaradılması, qarşılıqlı hörmətin təşviqi və müxtəlif xalqları birləşdirən ortaq dəyərlərin önə çəkilməsi olub. Sonrakı illərdə forumun davamlı şəkildə keçirilməsi onun beynəlxalq dialoq prosesində mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın tərəfdaşları, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansı mühüm rol oynayıb. Beynəlxalq təşkilatlarla əməkdaşlıq forumun fəaliyyətinin genişlənməsinə, müzakirə olunan mövzuların əhatə dairəsinin artmasına və müxtəlif regionları təmsil edən iştirakçılar arasında əlaqələrin inkişafına imkan verib.
Forumun 15 illik fəaliyyəti ərzində dünya siyasətində, beynəlxalq münasibətlər sistemində və cəmiyyətlərin qarşılaşdığı çağırışlarda əhəmiyyətli dəyişikliklər baş verib. Münaqişələr, dini və etnik zəmində ayrı-seçkilik, ksenofobiya, dezinformasiya, dözümsüzlük və sosial parçalanma kimi problemlər mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırıb. Belə şəraitdə fərqli mövqelərin dinlənilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi beynəlxalq sabitlik üçün vacib amillərdəndir.
Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru























